Məsciddə 49 müsəlmanı belə qətlə yetirib - Dəhşətli video

15-03-2019, 14:15           
Məsciddə 49 müsəlmanı belə qətlə yetirib - Dəhşətli video
Yeni Zelandiyada 49 nəfərin ölümü, 48 nəfərin yaralanması ilə nəticələnən terror aktını törədən şəxslə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, onun Şotlandiya əsilli Avstraliya vətəndaşı, 28 yaşlı Brenton Tarrant olduğu məlum olub.

O, canlı yayımı qoşaraq Kraysçörç şəhərində Əl-Nur və Lindvud məscidlərinə hücum anını lentə alıb. Görüntülər sosial şəbəkədə yayılıb.
Brenton terrakt zamanı beş ədəd silahdan istifadə edib. Hadisədən sonra polis tərəfindən hadisə yerinə baxış keçirilən zaman silahların üzərində dünyanın müxtəlif ölkələrində müsəlmalara qarşı hücum həyata keçirən şəxslərin adlarının qeyd olunduğu müəyyənləşib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.