Venesuela ABŞ-da tutulmuş diplomatik binaların azad olunmasını tələb edib

19-03-2019, 08:06           
Venesuela ABŞ-da tutulmuş diplomatik binaların azad olunmasını tələb edib
Venesuela özünün ABŞ-da müxalifətçilər tərəfindən tutulmuş diplomatik binalarının azad olunmasını tələb edib.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin başçısı Xorxe Arreas bildirib.

"Bolivar Respublikası hökuməti Diplomatik Münasibətlər haqqında Vyana konvensiyasının pozulması ilə özünün Birləşmiş Ştatlardakı bir neçə diplomatik nümayəndəliklərinin zorakı və qanunsuz işğalını pisləyir", - deyə o "Twitter"də bildirib.

Arreas əks təqdirdə Venesuelanın öz ərazisində qarşılıqlı hərəkətlərə təşəbbüs edəcəyinə söz verib.

Özünü Venesuela prezidenti elan etmiş Xuan Quaydo tərəfindən bu ölkənin ABŞ-dakı nümayəndəsi elan olunmuş Karlos Vekko jurnalistlərə bildirib ki, müxalifət Vaşinqtonda Venesuelanın Müdafiə Nazirliyinə aid olan iki binasını və Nyu-Yorkda bir konsulluq binasını nəzarət altına alıb.

Daha əvvəl Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Robert Palladino bildirib ki, ABŞ öz vətəndaşlarına Venesueladan çıxmağı tövsiyə edir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.