Tramp hakimiyyəti İranla bağlı kəşfiyyat məlumatlarını ŞİŞİRDİBMİŞ

9-05-2019, 21:57           
Tramp hakimiyyəti İranla bağlı kəşfiyyat məlumatlarını ŞİŞİRDİBMİŞ
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun rəhbəri olduğu “şahinlər” qrupunun “İranın bölgədəki bəzi Amerika qüvvələrinə hücum eləməyə hazır olduğu” kimi məlumatı şişirdərək regiona təyyarə gəmisi və hücum qüvvələri göndərməsinə səbəb olduğu iddia edilib.

Amerikada dərc edilən “Daily Beast” internet saytında yerləşdirilən və bəzi yüksək vəzifəli amerikalı mənbələrə istinad edilən xəbər ölkə ictimaiyyətində geniş əks-səda doğurub.

Amerika mətbuatında yayılan bəzi xəbərlərdə İsrail hökumətinin ABŞ-a İranın bölgədəki Amerika hərbçilərinə qarşı hücum hazırlığında olduğu barəsində məlumat verməsindən sonra Vaşinqtonun belə bir qərar qəbul elədiyi iddia edilib.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.