Ərəb koalisiyası husilərin mövqelərini bombalayıblar 15-06-2019, 07:09 Ər-Riyadın rəhbərlik etdiyi ərəb koalisiyasının təyyarələri Yəmənin paytaxtı Sanada husilərin ("Ənsar Allah") mövqelərinə zərbələr endiriblər.Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, koalisiya qüvvələri həmçinin husilərin hava hücumundan müdafiə sisteminə də hücum ediblər.Hava zərbələri nəticəsində xəsarət alanlar barədə məlumat verilmir. Facebook-da paylaş