Londonda gey parad: Küçələrə 1,5 milyonadək insan çıxıb - şəkillər

7-07-2019, 00:01           
Londonda gey parad: Küçələrə 1,5 milyonadək insan çıxıb - şəkillər
Britaniya paytaxtı Londonda keçirilən "Pride in London" gey paradına 1,5 milyonadək adam qatılıb.

LGBT fəalları cinsi azlıqların bərabərlik uğrunda mübarizə rəmzinə çevrilən Stonewall üsyanının 50-ci ildönümünü qeyd ediblər.

Fərdlərlə yanaşı, tədbir iştirakçıları arasında 600 fərqli qrup, qurum və təşkilatı təmsil edən 30 min adam olub.

Yürüşün keçirilərkən havada Red Arrows aviasiya qrupu yüksək pilotaj uçuşlarını sərgiləyib.

"Pride in London" ilk dəfə Londonda 1972-ci ildə keçirilib.
BBC

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.