Venesuela müxalifətinin lideri komandasının iki üzvünün qaçırıldığını bəyan edib

13-07-2019, 07:22           
Venesuela müxalifətinin lideri komandasının iki üzvünün qaçırıldığını bəyan edib
Venesuela müxalifətinin lideri Xuan Quaydo bildirib ki, onun komandasının iki üzvü prezident Nikolas Maduronun tərəfdarları tərəfindən Karakasda qaçırılıb.

APA “TASS”a istinadən xəbər veir ki, Juan Guaydo bu barədə Tvitter səhifəsində məlumat verib.

Venesuela prezidenti Nikolas Maduronu bu hadisənin təşəbbüskarı olduğunu deyən müxalifət lideri qaçırılan komanda üzvlərinin adlarını da açıqlayaraq onların Erik Sançes və Jason Paris olduğunu deyib.


Quaydo əlavə edib ki, bu iki şəxs onun Karakasda olan ailəsinin təhlükəsizliyini qoruyurdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.