Gürcüstanda 146 nəfər itkin düşdü

21-07-2019, 07:33           
Gürcüstanda 146 nəfər itkin düşdü
Cari ilin yanvar-iyun aylarında Gürcüstanda 146 nəfər itkin düşüb.

Teref.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik hesabatında məlumat verilir.

Məlumatda deyilir ki, itkin düşənlərdən 16-sı xarici ölkə vətəndaşıdır. Ən çox itkin düşənlər Belçika vətəndaşlarıdır – 8 nəfər.

Cari ilin birinci yarısında, həmçinin 4 nəfər Səudiyyə Ərəbistanı, 2 nəfər Rusiya, 1 nəfər Qazaxıstan və 1 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyü bildirilir.
Aparılan əməliyyat-axtarış və xilasetmə tədbirləri nəticəsində Belçika vətəndaşlarının 4-ü, Səudiyyə Ərəbistanı vətəndaşlarının 2-si, Rusiya vətəndaşlarının isə 1-i sağ tapılıb.

İtkin düşənlərin axtarışı davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.