ABŞ-ın yeni müdafiə naziri bəlli oldu –Senat təsdiqlədi
24-07-2019, 00:04
ABŞ Konqresinin Senatı Mark Esperin müdafiə naziri postuna namizədliyini təsdiq edib.
“The Washington Post” xəbər verir ki, onun namizədliyini 90 senator dəstəkləyib, 8-i əleyhinə səs verib.
Esper daha əvvəl Pentaqonun rəhbəri vəzifələrinin icraçısı olub.
İyunda ABŞ prezidenti Donald Tramp bunadək “Raytheon” şirkətində lobbiçi işləyən Mark Esperi müdafiə naziri təyin etmək niyyətində olduğunu bildirib/Report.