“Rustavi 2”-nin keçmiş baş direktoru “Əsas kanal” telekanalını qurub

17-08-2019, 02:14           
“Rustavi 2”-nin keçmiş baş direktoru “Əsas kanal” telekanalını qurub
Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının keçmiş direktoru Nika Qvaramia yeni teleşirkət təsis edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

Yeni telekanalın adı “Əsas kanal” müəyyən olunub. N.Qvaramia şirkətdə nəzarət paketinin sahibi və direktordur.

“Biz başlayırıq! Tezliklə efirdə! Fikirləşdiyinizdən də daha tez”, - deyə N.Qvaramia qeyd edib.

O, yeni şirkətin Dövlət Reyestrindən çıxarışını da paylaşıb. Sənədə əsasən, şirkətin direktorları “Rustavi 2”nin keçmiş hüquqşünasları Dmitri Sadzaqlişvili və Tamta Muradaşvili, maliyyə direktoru isə İrakli Nijaradzedir.

N.Qvaramia şirkətdə 51%, Kaxaber Ancaparidze isə 49% paya sahibdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.