Tramp: "ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək"

19-09-2019, 00:08           
Tramp: "ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək"
ABŞ yaxın günlərdə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

"Biz İrana qarşı bəzi əhəmiyyətli sanksiyalar tətbiq edəcəyik. Biz bunu növbəti 48 saat ərzində elan edəcəyik", - deyə o jurnalistlərə açıqlamasında qeyd edib.

Birləşmiş Ştatların dövlət başçısı həmçinin bildirib ki, ABŞ rəhbərliyi İrana qarşı müharibə ilə bağlı hər hansı müzakirələr aparmır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.