Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

21-09-2019, 07:53           
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar
Yəmənin şimalında hakimiyyəti ələ keçirən "Ənsar Alla" hərəkatının üsyançıları (Husilər), pilotsuz uçan aparatlarla Səudiyyə Ərəbistanın bombalanmasını dayandırır və Ər-Riyaddan da oxşar addım gözləyirlər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu husilərin Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat "Əl-Masira" telekanalının efirində bəyan edib.

"Biz Səudiyyə Ərəbistanı ərazisinin dronlar və digər silah növlərindən istifadə vasitəsi ilə bombalanmasını dayandırırıq. Səudiyyə Ərəbistanından Yəmən ərazisinə bütün növ hücumların dayandırılmasına dair oxşar bəyanat gözləyirik", - deyə əl-Məşat bildirib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı onların təşəbbüsünə qarşılıq verməsə, husilər cavab vermək hüququnu özündə saxlayır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.