Tramp G7 sammitinin Mayamidə keçirilməsi ideyasından imtina edib

20-10-2019, 08:48           
Tramp G7 sammitinin Mayamidə keçirilməsi ideyasından imtina edib
ABŞ prezidenti Donald Tramp bildirib ki, G7 sammitinin özünün "Trump National Doral Miami" kurortunda keçirilməsi ideyasından imtina edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.

"KİV-in və demokratların ağılsız düşmənçiliyinə görə biz daha sammitin "Trump National Doral Miami"də keçirilməsi ideyasını nəzərdən keçirmirik", - deyə o "Twitter"də şənbə günü yazıb.

"Biz "Kemp-Devid" də daxil olmaqla, dərhal başqa variantları axtarmağa başlayacağıq. Təşəkkür!", - deyə Ağ Ev rəhbəri əlavə edib.

"Mən sammitin keçirilməsi yeri kimi kurortu təklif edərək güman edirdim ki, ölkələr üçün yaxşı nəsə etdim. Bu, beynəlxalq aeroportun yanında yerləşən böyük mehmanxanadır. Binada hər nümayəndə heyəti üçün 50-70 nömrə olardı. ", - Tramp qeyd edib.

G7 sammitinin iyunun 10-12-də "Trump National Doral Miami" kurortunda keçirilməsi planları haqqında Ağ Ev Aparatı rəhbərinin vəzifələrini icra edən Mik Malveni bildirib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.