ABŞ öz aviabazasını məhv etdi

20-10-2019, 21:46           
ABŞ öz aviabazasını məhv etdi
Amerika hərbçiləri həmçinin Hasake əyalətində Əs-Sabee bəndinin yanındakı bazadan çıxmağı da planlaşdırırlar

ABŞ-ın hərbi qüvvələri Suriyanın şimal-şərqindəki Hasake əyalətindən hərbçilərini çıxardıqdan sonra oradakı öz aviabazasını məhv edib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə SANA məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ hərbi-nəqliyyat təyyarələrinin uçuş-enmə zolağının quraşdırıldığı Kleyb bazasını bombalayıb.

Baza Tel-Baydarda, kürd döyüşçüləri ilə türkiyəyönümlü qüvvələr arasında döyüşün getdiyi Tel-Tamar şəhərinin yaxınlığında yerləşir.

Amerika hərbçiləri həmçinin Hasake əyalətində Əs-Sabee bəndinin yanındakı bazadan çıxmağı da planlaşdırırlar.

ABŞ və müttəfiqləri 2014-cü ildən Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatar aparırlar.

Bu il oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Oktyabrın 17-də ABŞ və Türkiyə Suriyada atəşin 120 saat müddətində dayandırılması barədə razılığa gəldiklərini açıqlayıblar. Razılaşmaya əsasən, Suriyanın şimalında 30 kilometr dərinlikdə yaradılan təhlükəsizlik bölgəsinə Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.