"KQB"-nin Putinə verdiyi xasiyyətnamə yayıldı - FOTO

31-10-2019, 13:04           
"KQB"-nin Putinə verdiyi xasiyyətnamə yayıldı - FOTO
Sankt-Peterburqun Tarixi və Siyasi Sənədləri Mərkəzi Dövlət Arxivində, qurumun 90 illik yubileyi şərəfinə əvvəllər geniş ictimaiyyət üçün əlçatmaz olan sənədlərin böyük bir siyahısı nəşr olunub.

“Qafqazinfo” “life.ru”ya istinadən xəbər verir ki, xüsusilə, ən maraqlı materiallardan biri KQB-nin (“Komitet Qosudarstvennoy Bezopasnosti”- Dövlət Təhlükəsizlik Komitəsi.-red) keçmiş işçisi, hazırkı Rusiya Prezidenti Vladimir Putinlə bağlı xasiyyətnamə olub.

Sənəddə deyilir ki, Vladimir Vladimiroviç 1975-ci ildə KGB Müdirliyinin komsomol təşkilatında qeydiyyata alınıb. O zamanlar gələcək Rusiya Prezidentinin 23 yaşı olub. Qeyd olunur ki, o, bölmədə işlədiyi müddətdə özünü təşkilati və idman işlərinə cavabdeh bir icraçı, intizamlı və vicdanlı bir işçi olaraq aparıb.

Açıqlamada həmçinin bildirilib ki, Putin mənəvi cəhətdən sakit və iş yoldaşları arasında layiqli bir səlahiyyətə sahib olub.

“Yoldaş Putin V.V. daim öz ideoloji və siyasi səviyyəsini qaldırır. Partiya araşdırmaları şəbəkəsində fəal iştirak edir. Daim peşəkar bacarıqlarını artırır”, -deyə xasiyyətnamədə yazılıb.

Sənəddə gənc KGB zabitinin idman sahəsinə hobbisi və qazandığı uğurlar da qeyd olunub. Belə ki, Putin hətta boş vaxtlarında idmanla məşğul olub. Eyni zamanda o, artıq SSRİ-nin cüdo və sambo üzrə idman ustası və 1976-cı ildə Leninqrad çempionu olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.