NEFT BAZARINDA “ZƏLZƏLƏ”: Dünyanın ən böyük sövdələşməsi

3-11-2019, 20:31           
NEFT BAZARINDA “ZƏLZƏLƏ”: Dünyanın ən böyük sövdələşməsi
Dünyanın ən böyük sövdələşməsi həyata keçiriləcək.

Cebhe.info xəbər verir ki, Sudiyyə Ərəbistanının Kapital Bazarı İdarəsinin Direktorlar Şurası (ölkənin ən böyük maliyyə tənzimləyicisidir- red.) olan Capital Market Authority dövlət neft şirkəti olan “Saudi Aramco”nun səhmlərinin bir hissəsinin satışı il bağlı qərarı təsdiqləyib. Qurumun saytında bu barədə xəbər yerləşdirilib.

“Saudi Aramco”nun səhmləri üçün ərizə nümunələri yaxın zamanda dərc olunacaq. Burada tələbkar şirkətin bütün maliyyə göstəriciləri, potensialı ilə bağlı məlumatlar əksini tapmalıdır. Ancaq hələlik investorlara təqdim ediləcək səhm sayı ilə bağlı məlumat verilmir.

Aksiyaların yerləşdirilməsi “Tadawul” birjasında həyata keçiriləcək. Səhmləri istənilən səudiyyəli, Fars körfəzindəki ərəb ölkələrinin vətəndaşları, krallıqda yaşayan bəzi əcnəbilər ala biləcək.

“Saudi Aramco” ilə bağlı qəbul edilən bu qərar tarixin ən böyük sövdələşməsi adlandırılır. Onun barəsində ilk elan 2016-cı ildə verilib. O zaman şirkətin maliyyələşməsi 2 trilyon dollar dəyərləndirilirdi. Səhmlərin satışı planı çərçivəsində 100 milyon dəyərində olan 5 faiz aksiyanın satışı nəzərdə tutulurdu.Ancaq sonrakı mərhələdə satış təxirə salındı, çünki əcnəbi investorlar nədənsə buna maraq göstərmədilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.