“Ciddiyə alınmır, amma dünyanı ələ keçirməyə yaxındır” – Şok iddia

6-12-2019, 11:32           
“Ciddiyə alınmır, amma dünyanı ələ keçirməyə yaxındır” – Şok iddia
“NATO-nun baş düşməni Rusiya yox, Çindir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan “Die Welt” qəzetində yer alan analitik məqalədə bildirilib.

Nəşrin iddiasına görə, hərbi-siyasi blokda Çinin rolu haqda fikir birliyi yoxdur. ABŞ Çini düşmən kimi qəbul etdiyi halda, NATO-ya üzv Fransa və Almaniya bu dünya nəhəngini sadəcə iqtisadi rəqib kimi görür:

“Almaniya və Fransa Avropaya investisiya yatıran Pekinin qitənin siyasi dairələrini də satın almaq kimi təhlükəli gedişlərini ciddiyə almır. Halbuki Çin dünya okeanları üzərində öz nüfuz dairəsini genişləndirmək üçün ciddi cəhdlə beynəlxalq dəniz nəqliyyatını ələ keçirməyə yaxındır”.

Məqalədə Çinin ən müasir silahlarla gücləndirilmiş ordusunun olduğuna vurğu edilir və qeyd olunur ki, dünya nəhənginin Avstraliya, Cənubi Koreya və Yaponiya üzərindəki təsirli oyunları da ABŞ-ın qlobal güc olması haqda şübhələri bir qədər də artırır.

Nəşr Çinin dünya üzərində artan nüfuzunun Avropa və digər dövlətlər üçün dramatik nəticələr ortaya çıxaracağını iddia edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.