Çindən ABŞ-a ZƏRBƏ - Bundan sonra...

7-12-2019, 08:48           
Çindən ABŞ-a ZƏRBƏ - Bundan sonra...
Çin Xalq Respublikası ölkə ərazisində çalışan ABŞ diplomatlarına məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Publika.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Xua Çunyin dekabrın 6-da keçirdiyi mətbuat konfransında Tramp administrasiyasının Çin diplomatlarının ştat, yerli və bələdiyyə rəsmiləri ilə görüşməzdən əvvəl Dövlət Departamentini mütləq məlumatlandırma ilə bağlı oktyabrdan tətbiq etdiyi məhdudiyyətə cavab olaraq rəsmi Pekinin eyni addımı atdığını deyib.

Xua Çunyin artıq bununla bağlı ABŞ-ın Pekindəki səfirliyinin məlumatlandırıldığını bəyan edib.

“Pekin ABŞ da daxil olmaqla, xarici diplomatların və konsulluq əməkdaşlarının Çində qanunlar çərçivəsində normal rəsmi fəaliyyətinə həmişə dəstək verib və bunun üçün lazımi şəraiti yaradıb”, - deyən Xua Çunyin Birləşmiş Ştatları səhv addımlarını dərhal düzəltməyə və Çin diplomatlarına tətbiq olunan məhdudiyyətləri ləğv etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru