“İşimi vicdanla görmüşəm, indi də...” - Sergey Lavrov

16-01-2020, 18:46           
“İşimi vicdanla görmüşəm, indi də...” - Sergey Lavrov
Rusiya Xarici İşlər Nazirinin səlahiyyətlərini icra edən Sergey Lavrov hökumətin istefasından sonra bugünə qədər gördüyü işləri şərh edib.

“İnterfaks”ın xəbərinə görə, Lavrov vəzifəsini həmişə vicdanla yerinə yetirdiyini bildirib.

“Bütün bu illər ərzində mən nəinki bəzi vəzifələr tutmuşam, vəzifələrimi daim vicdanla yerinə yetirmişəm. Bunu indi də davam etdirirəm”-, deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Lavrov yeni hökumətin tərkibində qalıb-qalmayacağına dair suala cavab verməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.