Maduro ABŞ-la birbaşa dialoqa hazır olduğunu bildirib

19-01-2020, 09:02           
Maduro ABŞ-la birbaşa dialoqa hazır olduğunu bildirib
Venesuela Prezidenti Nikolas Maduro ABŞ-la dialoqa hazır olduğunu bəyan edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, N.Maduro bu barədə “The Washington Post” qəzetinə verdiyi müsahibədə deyib.

“Hökumətlər arasında hörmət varsa, ABŞ-ın nə qədər böyük olmasından asılı olmayaraq, dialoq, həqiqi fikir mübadiləsi olarsa, yeni əlaqələr yarada bilərik. Hörmət və dialoqa əsaslanan münasibətlər nailiyyətlərə gətirib çıxarar”, - deyə president qeyd edib.

O, əlavə edib ki, qarşıdurma münasibətləri arzuolunmaz vəziyyətə gətirir: “Bu bir düsturdur”.

Bununla yanaşı, Venesuela prezidenti rəsmi Vaşinqtonla birbaşa əlaqənin açılacağı təqdirdə nəzərə çarpan dəyişikliklərin olacağını vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.