"Google" 2 min nəfəri İŞSİZ QOYDU: "Krizislə üz-üzəyik"

31-05-2020, 04:06           
"Google" 2 min nəfəri İŞSİZ QOYDU: "Krizislə üz-üzəyik"
İnternet nəhəngi "Google" koronavirus pandemiyası səbəbindən gəlirlərinin azalması üzündən bəzi addımlar atıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şirkət müvəqqəti işçilərlə 2 mindən çox müqaviləni ləğv edib.

"Təsiri və müddəti bilinməyən krizislə üz-üzəyik. Bu səbəbdən işə götürmə və yeni anlaşmaların imzalanması prosesini yavaşladacağıq" - deyə, "Google"un maliyyə məsələləri üzrə direktoru Ruth Porat ötən ay açıqlama vermişdi.

Bildirək ki, "Google"un Dünyada 123 min işçisi, 130 min müqavilə ilə çalışan podratçısı var.

Pandemiya səbəbindən şirkətin bu il böyüməsi passiv fazaya keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru