Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"

Bu gün, 16:41           
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Rusiya İstintaq Komitəsi telejurnalist Vladimir Solovyovun yüz milyonlarla rubl dəyərində daşınmaz əmlakları ilə bağlı araşdırmalara başlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "Razvedçik" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik qüvvələri “Solovyov.Live” kanalı ilə bağlı xərcləri təhlil etdikdən sonra aparıcının şəxsi əmlakı ilə maraqlanıb. Qurum layihənin saxlanması üçün ayrılan vəsaitin bir hissəsinin mənimsənilə biləcəyindən şübhələnir.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Solovyovun Moskvada bir neçə saxta şirkət vasitəsilə qeydiyyatdan keçmiş daşınmaz əmlakı var. Mənbənin bildirdiyinə görə, əmlakların ümumi dəyəri 340 milyon rubldan çoxdur. Hazırda İstintaq Komitəsi oğurluq və gəlirlərin leqallaşdırılması ilə bağlı mümkün qanun pozuntularını müəyyən etmək üçün şirkətlər arasında əlaqələri və kanalın maliyyə axınını təhlil edir.

Mənbənin sözlərinə görə, istintaq mənimsəmə şübhələrini təsdiqləsə, müstəntiqlər müəyyən edilmiş bütün əmlaklara həbs qoyulması vəsatəti ilə məhkəməyə müraciət etmək niyyətindədir. Bu, təhqiqat tamamlanana qədər əmlakın üçüncü tərəflərə satılması və ya ötürülməsi cəhdlərinin qarşısını alacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru