Fransanın Polşaya göndərdiyi “Rafale” qırıcıları nüvə başlığı daşıya bilir

Bu gün, 16:44           
Fransanın Polşaya göndərdiyi “Rafale” qırıcıları nüvə başlığı daşıya bilir
NATO-nun “Şərq keşikçiləri” əməliyyatında iştirak etmək üçün Polşaya təhvil verilən Fransa Hərbi Hava Qüvvələrinə məxsus “Rafale” qırıcıları nüvə silahı daşımaq qabiliyyətinə malikdir.

APA xəbər verir ki, bu iddia ilə Fransanın “Defence-24” portalı çıxış edib.

Məlumata görə Fransa Polşaya “Rafale” eskadrilyasını nüvə silahına malik təyyarələrin yerləşdiyi Sen-Dizierdəki 113-cü aviabazadan göndərib.

Portal təyyarənin Polşadakı yeni yeri olan “Minsk-Mazovietskom” aviabazasından olan fotoşəkillərini araşdıraraq qırıcıların Polşaya döyüş başlıqları olmadan gəldiyini irəli sürüb.

Qeyd edək ki, Fransa NATO-nun alyansın şərq cinahının hava məkanını qorumaq üçün başlatdığı əməliyyatda iştirak etmək üçün Polşaya üç “Rafale” qırıcısı göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru