ABŞ Rusiya nefti aldığına görə Çinə rüsumlar tətbiq etmək şərtini açıqladı

Bu gün, 16:48           
ABŞ Rusiya nefti aldığına görə Çinə rüsumlar tətbiq etmək şərtini açıqladı
"ABŞ avropalı müttəfiqlərinin oxşar addımları olmadan Pekinin Rusiya neftini almasına cavab olaraq Çin məhsullarına qarşı rüsumlar tətbiq etməyəcək".

Bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "Reuters" və "Bloomberg" agentliklərinə müsahibəsində deyib.

"Biz avropalıların indi öz töhfələrini verəcəklərini gözləyirik və avropalılarsız hərəkət etməyəcəyik", - deyə o, tariflərin tətbiqi mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

Sentyabrın 13-də ABŞ Prezidenti Donald Tramp bütün NATO ölkələri Rusiya neftini almağı dayandırarsa, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru