Tramp ABŞ-da tarixin ən güclü silahının istifadəyə veriləcəyini bildirib

31-05-2020, 09:07           
Tramp ABŞ-da tarixin ən güclü silahının istifadəyə veriləcəyini bildirib
Tezliklə ABŞ-da tarixdə "ən güclü silah" istifadəyə veriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp idarə edilən “Crew Dragon” kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiyasına göndərilməsi üçün işə salınmasından sonra Kanaveral (Florida ştatı-red) burnunda kosmodromda jurnalistlər qarşısındakı çıxışında deyib.

ABŞ rəhbəri bildirib ki, artıq silahın hazırlanması ilə tanış olub.

"Tezliklə Marsa enəcəyik və bizdə tarixdə nə vaxtsa təsəvvür etməyin mümkün olduğu ən güclü silahlar olacaq. Mən artıq hazırlıq prosesini gördüm, hətta buna inana bilmirəm", - ABŞ lideri deyib. Tramp təfərrüatları açıqlamayıb.

May ortalarında Tramp bildirib ki, Birləşmiş Ştatlar hazırda mövcud olan silahlardan 17 dəfə sürətli "super raket" hazırlayır. Onun iddiasına görə, ABŞ-da yaradılan raket "dünyada ən sürətli”dir. Bu raket (Rusiya və ya Çin raketlərindən) 3 dəfə sürətlidir".

Tramp söhbətin məhz hansı raket silahından getdiyini açıqlamayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.