Çin daha bir rabitə peykini orbitə çıxarıb

10-07-2020, 00:00           
Çin daha bir rabitə peykini orbitə çıxarıb
Çin daha bir rabitə peykini - APSTAR-6D-ni orbitə çıxarıb.

AZƏRTAC xəbər verir ki, iyulun 9-da yerli vaxtla saat 20:11-də Siçanq buraxılış məntəqəsindən peyki orbitə aparan "Long March-3B" raketdaşıyıcısının buraxılışı olub. APSTAR-6D- kommersiya peykini Çin Kosmik Texnologiyalar Akademiyası ilə Çin kosmos elmləri və texnologiyaları korporasiyasının mütəxəssisləri hazırlayıblar. "APT Mobile SatCom" şirkəti üçün istehsal edilmiş peyk təyyarə, gəmi və avtomobillər üçün genişzolaqlı telekommunikasiya xidmətləri göstərəcək.

Qeyd edək ki, bu, "Long march" seriyasından 339-cu raketin buraxılışı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru