Amerikalılar pikap üçün bir çox şeydən imtina etməyə hazırdılar - FOTO

13-07-2020, 00:00           
Amerikalılar pikap üçün bir çox şeydən imtina etməyə hazırdılar - FOTO
ABŞ bazarında ən populyar avtomobillərin pikaplar olduğunu bilirik. Artıq uzun müddətdir ki, satış reytinqlərinə Ford F-seriyasından olan pikaplar başçılıq edirlər. İkinci yerdə isə, Ram markasından olan pikaplarıdır.

Ford şirkəti F-150 modelinin yeni nəslinin debütü ərəfəsində maraqlı tədqiqat aparıb. Bu tədqiqatın nəticələri amerikalıların pikapları nə dərəcədə sevdiklərini nümayiş etdirib. Ford şirkəti öz bestsellerinin alıcılarını yaxından tanımaq üçün 2000 pikap sahibinin arasında sorğu təşkil edib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, sorğuda iştirak edənlərin yaşı 18-34 yaş (27%), 35-44 yaş (17%), 45-54 yaş (19%), 55-64 yaş (20%) və 65 yaşdan yuxarı (17%) olub. Respondentlərin 54 faizini kişilər, 46 faizini isə qadınlar təşkil edib. Pikap sahiblərinin 25 faizi öz pikapına ad fikirləşir, 15 faizi isə avtomobil ilə əlaqəli döyməyə malikdir.

Rəyi soruşulanların fikrincə, pikapa sahibi özünü daha bacarıqlı, təcrübəli, qürurlu, inamlı və etibarlı insan kimi hiss edir. Sorğuda olan ən maraqlı suallardan biri insanların pikap üçün nələri qurban verməyə hazır olduqlarını söyləmələri olub.

Bu sualı cavablandıran pikap sahibləri smartfondan (47%), ətdən (44%), alkoqol (79%) qəhvədən (72%) imtina etməyə hazır olduqlarını bildiriblər. Striminq servislərini qurban verməyə hazır olanlar 82%, seksdən imtina etməyə hazır olanlar 38% təşkil edib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.