Rusiyadan Qərbə: Dərhal cavabını verəcəyik!

3-08-2020, 20:43           
Rusiyadan Qərbə: Dərhal cavabını verəcəyik!
Moskva ABŞ-ın Avropa və Asiyada nüvə və qeyri-nüvə raketlərinin yerləşdirilməsinə dərhal cavab verəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-ın “Orta və qısa mənzilli raketlərin ləğvi müqaviləsi”ndən birtərəfli şəkildə çxmasının ildönümü ilə əlaqədar verdiyi şərhdə deyilir.

“Müqavilədən çıxdıqdan sonra Vaşinqton dərhal qadağan edilmiş raketlərin hazırlanması istiqamətində addım atdı. Bu silahların sınaqlarının aparılması Vaşinqtonun müqaviləyə riayət etməməsi ilə bağlı uzun illərdir Rusiya iddialarının doğruluğunu tam təsdiqlədi. Vaşinqton tərəfi raket silahlarını ən qısa zamanda Asiya-Sakit Okean bölgəsində yerləşdirmək niyyətini açıq elan etdi. Onların Avropada yerləşdirilməsi istisna edilmir. Belə olan halda Moskva dərhal cavab tədbirləri görəcək”, - məlumatda deyilir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.