Qarşılayın! Bu da yeni ultramilyarderimiz

7-08-2020, 16:17           
Qarşılayın! Bu da yeni ultramilyarderimiz
Zukerberqin sərvəti ona məxsus "Instagram" tətbiqində yeni "Reels" servisinin işə salınması fonunda "Facebook" şirkətinin səhmlərinin bahalaşması hesabına artıb
"Facebook" şirkətinin yaradıcısı və rəhbəri Mark Zukerberqin sərvəti ilk dəfə olaraq 100 milyard dolları keçib. Bu barədə Sputnik Azərbaycan "Bloomberg" nəşrinə istinadən xəbər verir.

Bununla da o dünyada yeni ultramilyarder olub. Daha əvvəl ultramilyarder adını "Amazon" şirkətinin rəhbəri Ceff Bezos və "Microsoft" şirkətinin yaradıcısı Bill Qeyts qazanmışdı.

Zukerberqin sərvəti ona məxsus "Instagram" tətbiqində yeni "Reels" servisinin işə salınması fonunda "Facebook" şirkətinin səhmlərinin bahalaşması hesabına artıb. "Reels" funksiyası "TikTok" tətbiqinə bənzəyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.