Ermənilər itkilərini etiraf etməyə başlayıblar: "Onlarla əsgər öldü, onlarla yaralı var”

28-09-2020, 01:14           
Ermənilər itkilərini etiraf etməyə başlayıblar:
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Araik Arutyunyan itkilərini etiraf etməyə başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, A.Arutyunyan bu barədə brifinqdə deyib.

“Onlarla əsgər öldü, onlarla yaralı var”, - deyə A.Arutyunyan bildirib.

O, ermənilərin itkiləri ilə yanaşı Azərbaycanın bəzi ərazilərini işğaldan azad etdiyini də qeyd edib.

"Əsasən Talış kəndi və Dağlıq Qarabağın cənub istiqamətində itirilmiş mövqelər var", - deyə Arutyunyan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru