İrəvan təşviş içərisində: Paşinyan Təhlükəsizlik Şurasını topladı

29-09-2020, 01:34           
İrəvan təşviş içərisində: Paşinyan Təhlükəsizlik Şurasını topladı
Azərbaycan ordusunun əks-hücumu nəticəsində ağır zərbələr almış Ermənistanın hakimiyyəti təşviş içərisindədir.

Baş nazir Nikol Paşinyan gecə saatlarında təcili olaraq Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırıb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan prezidenti Arman Sarkisyan, Milli Məclis sədri Ararat Mirzoyan, baş nazirin aparat rəhbəri Eduard Ağacanyan, əraziidarəetmə və infrastruktur naziri Suren Papikyan, həmçinin sənaye və yüksək texnologiyalar naziri Akop Arşakyan da iştirak edib. İclasda cəbhədəki vəziyyət müzakirə olunub.

Hakimiyyətinin "ölüm-qalım" məsələsi həll olunan N.Paşinyanın nə qədər gərgin vəziyyətdə olması yayılan fotodan da aydın görünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru