Ermənistandan Gürcüstana gözlənilən zərbə gəldi... - Cavaxetiyadakı ermənilər müstəqilliyə çağırıldı

1-10-2020, 10:50           
 Ermənistandan Gürcüstana gözlənilən zərbə gəldi... -
Ermənistandan Gürcüstana gözlənilən zərbə gəldi...
Hesab edirəm ki, Cavakxdakı ermənilərin ayağa qalxıb, Gürcüstandan öz müstəqilliklərini elan etmək, onun ərazisindən keçən dəmir yolları xəttini və boru kəmərlərini Gürcüstanın Azərbaycanın aqressiyası dövründə Ermənistana qarşı qeyri-dost fəaliyyətinə cavab olaraq nəzarət altına almaq vaxtı çatıb.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Qarabağ separatçılarının məşhur hüquq müdafiəçisi Karen Ohancanyan paylaşıb. O, bütün dünyadakı erməniləri Türkiyə və Azərbaycanın əmlakını məhv etmək üçün hərəkətə başlamağa çağırıb.

Hüquq müdafiəçisi, həmçinin ermənilərin azərbaycanlı və türklərlə biznes əlaqəsini kəsməsinin vacibliyini bildirib.

Ohancanyan bu paylaşımından az sonra daha bir status yazıb. O, Cavaxetiyada erməniləri müstəqilliyə səsləməklə Gürcüstana qarşı “pis heç nə etmədiyini” və Gürcüstanı sevdiyini bildirib.

Hüquq müdafiəçisi paylaşımındakı mövqeyindən geri çəkilmədiyini də bir daha vurğulayıb.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.