Rusiyada vulkan püskürməsi iki yaşayış məntəqəsi külün altında qoydu - VİDEO

23-10-2020, 05:00           
Rusiyada vulkan püskürməsi iki yaşayış məntəqəsi külün altında qoydu - VİDEO
Kamçatkada “Bezımyannıy” vulkanının püskürməsi səbəbindən iki yaşayış məntəqəsi küllə örtülüb.

REN TV-nin məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka Bölgəsi üzrə Baş İdarəsi məlumat verir.

Lazo kəndində və Milkovski rayonunun Atlasovo qəsəbəsində 1 millimetr qalınlığında kül örtüyü qeydə alınıb.

Yerli sakinlərə pəncərə və qapıları bağlamaları və ehtiyac olmadığı təqdirdə çölə çıxmamaları tövsiyə edilib.

Bununla belə Fövqəladə Hallar Nazirliyi əhalinin həyatı üçün heç bir təhlükənin olmadığını vurğulayıb.oxu.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.