“İran hakimiyyəti döyüşlər barəsində yalan və qəzərli xəbərlər yaymaqdadır” - Fars-molla rejimi ənənəvi ampluasına qayıtdı

6-04-2016, 19:09           
“İran hakimiyyəti döyüşlər barəsində yalan və qəzərli xəbərlər yaymaqdadır” - Fars-molla rejimi ənənəvi ampluasına qayıtdı
Bir neçə gün ərzində Azərbaycanın işğal olunmuş ərazilərində gedən gərgin döyüşlər zamanı şəhid olan əsgərlərimizi anmaq üçün çox sayda soydaşlarımız Təbrizdəki Azərbaycan konsulluğunun qarşısına toplaşıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatlara əsasən soydaşlarımız bununla Quzey Azərbaycana və milli ordumuza dəstək olduqlarını nümayiş etdirmək istəyiblər. Lakin bundan xəbər tutan İran polisi Azərbaycan konsulluğuna gedən yolları bağlayıb və əhalinin konsulluğa tərəf getməsinə mane olub.

Məsələ ilə əlaqədar əslən təbrizli olan milli-mədəni fəal Cəmşid Zareyi musavat.com-a açıqlama verib. Cəmşid Zareyi qeyd edib ki, İran hakimiyyəti soydaşlarımız arasında milli ruhun alovlanacağından çəkinərək döyüşlər barəsində yalan və qəzərli xəbərlər yayır, şəhidlər üçün anım mərasimlərinin keçirilməsinin qarşısını almağa çalışır:
“Qarabağda baş verən son münaqişələr Güney Azərbaycanda ən önəmli müzakirə obyektinə çevrilib. Milli fəallarımız Qarabağda gedən savaşı diqqətlə, həssaslıqla izləyir, döyüşlərdə şəhid olan qəhrəman əsgərlərimiz üçün anımlar keçirir, barələrində şeirlər yazırlar. Çox sayda gənclərimiz Qarabağda gedən savaşlarda iştirak etmək üçün hazır olduqlarını nümayiş etdirən bəyanatlar paylaşırlar.

İran hakimiyyəti var gücü ilə çalışır ki, bunun qarşısını alsın. Soydaşlarımız arasında milli ruhun alovlanacağından çəkinərək döyüşlər barəsində tez-tez doğru olmayan, qərəzli məlumatlar yayır, guya Azərbaycan bu savaşda uduzur və işğalçı erməni dığaları isə qalibdir. Eyni zamanda şəhidlər üçün anım mərasimlərinin keçirilməsinin də qarşısını almağa çalışır. Amma Güney Azərbaycanın milli-mədəni fəalları sosial şəbəkə üzərindən bu məsələni daim aktiv saxlayır, Quzey Azərbaycan mətbuatından doğru olan xəbərləri əldə edərək insanlarımız arasında yayırlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.