Cahangir Əsgərovun həyat yoldaşı 52,03 milyon manatlıq kosmetika şirkətinin mayasını azaldır

8-05-2024, 11:09           
Cahangir Əsgərovun həyat yoldaşı 52,03 milyon manatlıq kosmetika şirkətinin mayasını azaldır
Azərbaycanın kosmetika istehsalçısı olan "Gazelli Group" nizamnamə kapitalını azaldır.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı şirkət özü elan edib.

Nizamnamə kapitalının nə qədər azaldılacağı açıqlanmayıb.

Qeyd edək ki, "Gazelli Group” AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva tərəfindən 1999-cu ildə təsis edilib. Z.Əliyeva hazırda şirkətin prezidentidir.

Bu ilin mart ayında şirkətin nizamnamə kapitalı 42 032 000 manat idi. Aprel ayında isə nizamnamə kapitalı 10 milyon manat artırılaraq 52 032 000 manata çatdırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.