RUS ORDUSUNDA QİYAM – Ukraynalı hərbçi döyüş yoldaşlarını və komandirini öldürüb... (FOTO)

8-05-2024, 11:14           
RUS ORDUSUNDA QİYAM – Ukraynalı hərbçi döyüş yoldaşlarını və komandirini öldürüb... (FOTO)
Rusiyada xidmət edən ukraynalı zabit 6 əsgər yoldaşını və komandirini öldürüb.

“AzPolitika” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Yuri Qaluşkin adlı hərbçi Donetsk vilayətində 10-cu tank alayının artilleriya batalyonunda xidmət edib. O, gecə döyüş yoldaşları yuxuda olan zaman onları güllələyib və daha sonra oradan uzaqlaşıb.

Bildirilir ki, Rusiya qətliamı törədən zabitin Ukrayna hərbçilərinə təslim ola biləcəyindən ehtiyatlanaraq ərazidə genişmiqyaslı axtarışlara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru