Mədət Quliyev Aygün Kazımovaya “prodüserlik” edir? — VİDEO

8-05-2024, 11:46           
Mədət Quliyev Aygün Kazımovaya “prodüserlik” edir? — VİDEO
Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev yenə öz ampulasındadır. Nazir olduğu dövrdə məsul olduğu sahədən daha çox şou-biznes aləmi ilə maraqlanan Mədət Quliyev bu dəfə Xalq artisti və müğənni Aygün Kazımova ilə kameralar önündə poz verib.

Görüntülərdən məlum olur ki, Mədət Quliyev və Aygün Kazımova Bakıda eyni sırada yer alırlar. Aygün Kazımova kameralara nazlı-qəmzəli açıqlamalar verərkən, Mədət Quliyev də onun yanında dəstək verir.

Aygün Kazımova deyir ki, şou-biznes aləmində ən tez yuxudan qalxan müğənni odur. Ardınca Mədət Quliyev də Xalq artistini təsdiqləyir və bildirir ki, “Aygün xanım nə qədər istəsə, o qədər qaça bilər”.

Sanki Mədət Quliyev Aygün Kazımovanın prodüseridir. Bu, Mədət Quliyevin şou-biznes aləmlərində “gəzdiyi” birinci hal deyil. Bundan öncə də gah müğənnilərlə, gah modellərlə birlikdə görüntülənmişdi. İndi də Aygün Kazımova ilə kameralar önünə keçib. Belə görünür ki, Mədət Quliyev dövlət əhəmiyyətli məsələlərlə məşğul olmaqdansa, Aygün Kazımovanın prodüseri kimi daha effektli fəaliyyət göstərmək potensialına malikdir./demokrat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru