İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib

8-05-2024, 11:04           
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
İtaliyanın "Yuventus" klubu cari mövsümün sonuna yaxın ilk transferini reallaşdırıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "ağ-qaralar" A Seriyasında çıxış edən "Monza"nın qapıçısı Miçel Di Qreqorionu heyətinə qatıb.

Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı bildirilib. 26 yaşlı qolkiperlə 5 illik müqavilə bağlanacaq.

Qeyd edək ki, cari mövsüm "Monza"nın heyətində 33 oyuna çıxan Qreqorio 35 qol buraxıb, 14 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru