Dünyanın ən qəddar qanqsteri tutuldu: "Onun ürəyini yedim"

9-05-2015, 21:56           
Dünyanın ən qəddar qanqsteri tutuldu: "Onun ürəyini yedim"
İtaliyadakı ən qəddar, çoxsaylı və effektiv mütəşəkkil cinayətkar qruplaşmalardan sayılan "Ndrangheta"nın illik gəliri 70 milyard dollardan artıqdır. Bu cinayətkar sindikatın əldə etdiyi illik xalis mənfəətin həcmi isə McDonalds və Deutsche Bank-dan da artıqdır.
"Ndrangeta"nın ABŞ-dakı rəhbərlərindən biri Qreqorio Cicliotti həbs olunub.

Nyu-Yorkda polis və Federal Təhqiqat Bürosunun əməkdaşlarının birgə keçirdikləri əməliyyatda tutulmuş Cicliotti mafiyada "broker xaç atası" kimi tanınır.

Milli.Az bildirir ki, "Broker" ən qəddar mafiya başçılarından biridir.

Polisdən verilən məlumata görə, Nyu-Yorka kokain, odlu silah gətirilməsi və satışına nəzarət edən şəxslərdən biri olan "Broker" düşmənlərindən birini qətlə yetirərək onun ürəyini çıxararaq çiy yeyib, digər iki rəqibini kimyəvi turşuya ataraq öldürüb, bir düşmənini isə şaqqaladaraq donuzların qarşısına atdırıb.

Nyu-Yorkun Kuins səmtindəki "Cucino" restoranında keçirilən əməliyyatda Qreqorio Cicliotti ilə yanaşı, arvadı Eleonora Lüçiya və oğlu da həbs olunub.
"Broker"in evində aparılmış axtarışda 100 min dollar nağd pul, 6 tapança, avtomatlar, tüfənglər, əl qumbaraları, 100 kiloqrama yaxın kokain və marixuana aşkarlanıb.

Polisin 10 aydan bəri izlədiyi "Broker" həddən artıq ciddi psixopatik, qəddar qanqster kimi tanınır. Onun hannibalizmə meylli olduğu, rəqiblərini kimyəvi turşuya ataraq "məhv" etməkdən həzz aldığı da vurğulanır.

Q.Cicliotti bu ilin əvvəlində arvadına deyibmiş: "Covanni adlı bir yaramaz qarşıma çıxaraq mənə mane olmaq istəyirdi. Onu tutub yanıma gətirdilər. Uşaqlara "Otaqdan çıxın!" dedim. Sonra Covannini yerə yıxıb bıçağı sinəsinə sapladım. Ürəyini çıxardım, yeməyə başladım. Sonra qaraciyərini kəsdim, yedim".

"Broker"lə yanaşı, onun İtaliyadakı əlaltıları olan 15 nəfər də tutulublar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.