Rəsmi Madriddən ermənilərə "şapalaq"

14-05-2015, 10:51           
Rəsmi Madriddən ermənilərə "şapalaq"
İspaniya Senatı 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını müdafiə edən məsləhət xarakterli təklifi rədd edib.

Axar.az xəbər verir ki, Kataloniya bölgəsində fəaliyyət göstərən Entesa adlı siyasi qrupun 4 mayda Senata təqdim etdiyi təklif 130 “xeyr”, 68 “bitərəf” və 14 “bəli” olmaqla rədd edilib.

İspaniyada iqtidardakı Xalq Partiyası (PP) səsvermədə “xeyr” deyən tək siyasi partiya olub. Ana müxalifət partiyaları isə “bitərəf” mövqe nümayiş etdiriblər.

İspan hökumətinə tövsiyə xarakteri daşıyan təklifi dəstəkləyənlər isə Entesa, Bask Milliyyətçi Partiyası, Birləşmiş Sol, Kataloniya Respublikaçı Solu və Amaiur kimi xırda partiyalar olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.