Almaniyada terroru törədən şəxsin kimliyi məlum olub

23-07-2016, 09:26           

Münhendə ticarət mərkəzində atəş açan şəxsin kimliyi məlum olub.

Bu barədə Münhen polisinin rəisi Hubertus Andre bildirib.

Məlumata görə, cinayəti törətməkdə 18 yaşlı Münhen sakini, İran əsilli Almaniya vətəndaşı şübhəli bilinir. Onun intihar etdiyi ehtimal olunur.


“Ölən və xəsarət alanlar arasında uşaq və yeniyetmələr də var. Xəsarət alanlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisənin terror aktı olduğu məlum deyil”, deyə H.Andre bildirib.

İyulun 22-də Münhendə “Olimpia” ticarət mərkəzində baş verən silahlı insident nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.