ABŞ Güləni verməkdən rəsmən imtina etdi: 85 qutu sənəd puça getdi

6-08-2016, 07:53           
ABŞ Güləni verməkdən rəsmən imtina etdi: 85 qutu sənəd puça getdi
Fətullah Gülənin təhvil verilməsi üçün Türkiyədən gələn sənədlər rəsmi ekstradisiya tələbi sayılmır. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner deyib. “Sənədlər ard-arda gəlir. Hamısını araşdırsaq da, hələlik bir nəticəyə varmamışıq”, – Toner bildirib.
Qeyd edək ki, Fətullah Gülənin ekstradisiyası üçün rəsmi Ankaranın 85 qutu sənəd göndərdiyi açıqlanmışdı. ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülən haqqında Türkiyə hökuməti tərəfindən “15 iyul hərbi çevriliş cəhdinin təlimatları vermə” maddəsi ilə həbs qərarı verilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.