Ben Ladenin həyat yoldaşına məktubu yayıldı - "Dünyada sahib olduğum ən dəyərli varlıqsan"

22-05-2015, 22:04           
Ben Ladenin həyat yoldaşına məktubu yayıldı - "Dünyada sahib olduğum ən dəyərli varlıqsan"
2011-ci ildə ABŞ tərəfindən öldürüldüyü iddia edilən əl-Qaidə lideri Usamə bin Ladenin ələ keçirilən məktubları işıq üzü görüb.

Avropa.info xəbər verir ki, ABŞ kəşfiyyatı Usamə bin Ladenin Pakistandakı evində basqın zamanı ələ keçirilən bəzi sənədlərini yayıb. Bin Ladenin rəfində duran kitabların siyahısı da yayılan sənədlər arasındadır.

Dörd həyat yoldaşı və 20 övladı olan Usamə bin Ladenin ailəsi ilə yazışmalarında oğlu Həmzəni təşkilatın başına gətirməyi planlaşdırdığı məlum olub.

Yazışmaları araşdıran mütəxəssislərə görə Bin Laden bir həyat yoldaşı üçün xüsusilə sevgi dolu ifadələr işlədib. O həmin yoldaşına “Cənnətdə seçəcəyin şəxsin mən olmasını çox istəyirəm" deyə xitab edib.

Usamə bin Laden "göz bəbəyim", "qəlbimi sevgi ilə, xoşbəxt xatirələrlə doldurdun" deyə xitab etdiyi son həyat yoldaşı Əməl əs-Sabaha ünvanlandığı məktubunda "Səndən sonra evlənməyəcəm, sənin kimi bir qadın tapa bilmərəm" deyə yazıb.

''Dünyada sahib olduğum ən dəyərli varlıqsan. Mən öldükdən sonra evlənmək istəsən etiraz etmərəm. İki kişi ilə evlənən qadınlar Məhşər günü həmin iki şəxsdən birini seçə bilər. Cənnətdə seçəcəyin şəxsin mənim olmağımı çox istəyirəm."

Keçən həftə məşhur jurnalist Seymour Herşin Usama bin Ladenin öldürüldüyü əməliyyatla bağlı ABŞ rəhbərliyinin yalan söylədiyinı açıqlaması gündəmi qarışdırmışdı.

Buna cavab olaraq ABŞ hökuməti Ben Ladenin evindən götürülən bir sıra sənədləri dərc ictimaiyyətə təqdim edib. Yayılan sənədlər arasında Ben Ladenin şəxsi həyatına dair sənədlərlə yanaşı çoxlu sayda məktub, təşkilatla yazışmalar, texniki təlimatlar, təşkilata qoşulmaq istəyənlərin doldurması lazım olan formalar kimi 100-dən çox yazılı və video material var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.