Böhran AST Telmanı `vurdu`, Ağalarov isə qazandı - SİYAHI

16-04-2015, 15:32           
Böhran AST Telmanı `vurdu`, Ağalarov isə qazandı - SİYAHI
ABŞ-ın nüfuzlu “Forbes” jurnalı Rusiyanın 2015-ci il üzrə ən varlı insanlarının siyahısını dərc edib.

AzVision.az xəbər verir ki, Rusiyadakı böhran 200 biznesmenin yer aldığı siyahıda bəzi dəyişikliklərin olması ilə nəticələnib

Siyahıya 15,4 milyardlıq sərvətlə “İnterros”un prezidenti Vladimir Potanin başçılıq edir. İkinci yerdə isə sərvəti ötən il 3 milyard dollar azalan “Alfa-qrup” şirkətinin sahibi Mixail Fridman qərarlaşıb. Onun sərvətinin 14,6 milyard dollar olduğu bildirilir.

Son üç ildə “Forbes”in milyarderlər siyahısına rəhbərlik edən Alişer Usmanov isə siyahıda 3-cü yerə enib. Ötən il Usmanovun sərvəti 4,2 milyard azalaraq 14,4 milyarda çatıb.

“Forbes”in açıqladığı siyahıda həmçinin 3 azərbaycanlı iş adamı da yer alıb. Belə ki, siyahıda altıncı yeri tutuan “Lukoyl”un prezidenti Vahid Ələkbərovun sərvəti ötən illə müqayisədə 1,4 milyard azalaraq 12,2 milyard dollara düşüb.

“Krokus Siti”nin rəhbəri Araz Ağalarov isə böhrana baxmayaraq, sərvətini 0,1 milyard dollar artırıb. Belə ki, ötən il siyahıda 56-cı pilləni tutan Ağalarov mövqeyini 10 pillə yaxşılaşdırıb.

Siyahıda 57-ci yeri digər azərbaycanlı milyarder Fərhad Əhmədov tutub. Onun sərvətinin 1,4 milyard dollar olduğu bildirilir.

“Forbes”in açıqladığı siyahıda digər azərbaycanlı milyarder Telman İsmayılov isə ötən il 0,15 milyard dollar itirib. Telman İsmayılov mövqeyini pisləşdirərək 129-cu pillədən 144-ci yerə düşüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.