Ən təhlükəli internet viruslarından birinin yaradıcısı etiraf etdi

6-09-2015, 12:25           
Ən təhlükəli internet viruslarından birinin yaradıcısı etiraf etdi
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, texnologiya aləmində ən təhlükəli internet viruslarından biri olan “Gozi” virusunu yaratmış qrupun üzvlərindən biri Deniss Calovskis ABŞ-da keçən məhkəmədə günahını etiraf edib.

O, təkcə ABŞ-da 40 min kompyuteri sıradan çıxarmış troyan kodunun bir hissəsini yazmaqda ittiham olunur. "Mən bilirdim ki, etdiklərim qanunsuzdur, lakin özümüzü təsdiq etmək üçün belə addım atdıq”, - deyən müttəhim günahını etiraf edib.
Prokurorluqla əldə olunmuş əməkdaşlıq barədə sövdələşməyə görə etiraf ifadəsi müqabilində Latviya vətəndaşına cəmi iki il həbs cəzası kəsilə bilər.

Deniss Calovskis dünya boyu milyonlarla kompyuterə yol tapan “Gozi” virusunu 25 yaşlı rusiyalı Nikita Kuzmin və 28 yaşlı Rumıniya vətəndaşı Mihai Ionut Paunescu ilə birgə yaratdığını bildirib.

İşi araşdıran ABŞ prokurorluğu virusun istifadəsi nəticəsində yetirilmiş ziyanın on milyonlara dollar təşkil etdiyini hesab edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru