Nazirlik xəbərdarlıq etdi - Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir

15-01-2019, 20:04           
Nazirlik xəbərdarlıq etdi - Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir
Ölkə ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və Milli Hidrometeorologiya Departamentində Qərargahlar yaradılıb, Nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib.

Teref.az yazır ki, bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Onun sözlərinə görə, ETSN-nin Aparatında yaradılan Qərargahdan dövlət qurumları və Nazirliyin regional idarələri arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə operativ faktiki hava məlumatları təqdim olunacaq.
İ.İbrahimovanın sözlərinə görə, Milli Hidrometorologiya Departamentində yaradılan Qərargahdan müşahidə olunan proseslə bağlı ətraflı məlumatlar – yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü ilə bağlı məlumatların hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək və ictimaiyyətə KİV vasitəsilə canlı və yazılı veriləcək.

Mətbuat katibi bildirib ki, təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar məlumatları almaq üçün birbaşa Qərargah üzvlərinə müraciət oluna bilər.

Qərargahın və Qərargah üzvlərinin telefon nömrələri:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi
• Qərargah (012) 538 04 81
• Rəşad Allahverdiyev (012) 538 54 54
• İradə İbrahimova (050) 300 92 29
• Tural Məmmədov (012) 538 8513
Milli Hidrometeorologiya Departamenti
• Qərargah (012) 441 11 75
• Umayra Tağıyeva (050) 225 32 42
• Asif Verdiyev (050) 394 12 23
• Gülşad Məmmədova (050) 550 28 36












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.