Yeni məhkəmələr yaradılır - Özəl ekspertizalar vətəndaşa necə kömək edəcək?

9-11-2019, 00:00           
Yeni məhkəmələr yaradılır - Özəl ekspertizalar vətəndaşa necə kömək edəcək?
Məhkəmə-hüquq islahatları çərçivəsində Prezidentin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilən ikinci qanun layihələri paketi müzakirəyə çıxarılıb.

Ölkədə yeni məhkəmələr yaradılır. Artıq sahibkarlıqla bağlı məsələlərə kommersiya məhkəməsi, vergi və gömrük məsələlərinə isə inzibati məhkəmə baxacaq. Gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək dəyişikiliklər ölkədə hakimlərin sayının da artması ilə nəticələnəcək. Artıq dövlət ekspertiza mərkəzləri ilə yanaşı, müstəqil Özəl ekspertiza mərkəzləri də fəaliyyət göstərəcək ki, bununla da vətəndaş məhkəməyə özəl mərkəzlərin alternativ sübutlarını da təqdim edə biləcək. Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyir ki, bu mərkəzlərin yaradılması ilə mübahisələr aradan qaldırılacaq, alternativ sübutların təqdim olunması isə sonda şəffav və ədalətli qərar verilməsinə kömək edəcək. Qanuna dəyişikliklərə əsasən məhkəmələrin fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən monitorinqlərin təşkil edilməsi də nəzərdə tutulur. \\Atv.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.