ADLARI TARİXƏ HƏKK OLUNMUŞ SULTANOV QARDAŞLARI- Andronikin qulağını kəsən kişilər!

7-01-2020, 09:13           
ADLARI TARİXƏ HƏKK OLUNMUŞ SULTANOV QARDAŞLARI- Andronikin qulağını kəsən kişilər!
ADLARI TARİXƏ HƏKK OLUNMUŞ SULTANOV QARDAŞLARI- Andronikin qulağını kəsən kişilər!
Bu bizik..?!
Bu gün Sultanov Xosrov bəy Paşa bəy oğlu (1879–1943) — dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Cümhuriyyətinin hərbi nazirinin vəfatı günüdür
Bakıdan onun həbsinə razılıq ala bilməyəndə ermənilər yerli bolşeviklərlə birlikdə Moskvaya yazmağa başladılar, arxivlərdə saxlanan danoslarda Xosrov bəyin 74 erməni qız-gəlinini zorladığı da yer almışdı. Nəhayət, arvadı erməni olan Serqo Orconikidze və Mikoyanın razılığı ilə Xosrov bəy iş otağından rus ordusunun xüsusi idarəsinin zabitləri tərəfindən həbs edilib Bayıl türməsinə gətirilir. Bu xəbəri eşidib toy-bayram edən ermənilər yenidən ayağa qalxıb Azərbaycan hökumətinə qarşı Ermənistana birləşmək tələbi ilə Şuşada, Vərənddə üsyan qaldırırlar. Qəza İnqilab Komitəsinin rəhbəri Şamil Mahmudbəyov N.Nərimanova, H.Sultanova, Ə.Qarayevə məktub yazaraq Xosrov bəyin həm azərbaycanlılar, həm kürdlər, həm də dinc erməni əhalisi arasında böyük nüfuza malik olmasını, sülhpərvər insan olmasını, dinc azərbaycanlı ailələrinin erməni silahlılarından qorunmasında misilsiz xidmətlərini əsas tutaraq tezliklə Xosrov bəyin azad edilməsi xahişi ilə müraciət edir, onu şəxsən zaminə götürməyə, onun loyallığı, bütün hərəkətləri üçün şəxsən məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu da bildirir. Ancaq göstərilən cəhdlər nəticəsiz qalır, generalın həbsi Qafqazda əsas söz sahibi olanlar tərəfindən verilmişdi, ona görə də Orconikidzeyə göndərilən müraciətlərin müqabilində Xosrov bəyin tezliklə aradan götürülməsi barədə göstəriş gəlir.
Lakin təzə bolşevik hökumətində Hərbi Dəniz Donanmasının komandanı Çingiz İldırım çox sevdiyi əmisi oğlunun haqsız həbsinə, onu gözləyən labüd ölümə laqeyd qala bilməzdi, məhz onun qurduğu əməliyyatla Xosrov bəy həbsxanadan qaçırılır. Bəzi araşdırmaçılar burda Nərimanovla Xosrov bəyin tələbəlik illərindən yaxın dostluq münasibətlərinin də rol oynadığını yazırlar.Sonra isə onun türkiyədə mühacirət dövrü başlanır Azərbaycanda Sovet hakimiyyətini devirmək və doğma torpaqları azad etmək arzusundan əl çəkmir. O, Xosrov bəy və İsgəndər bəylə İrana qaçmış müsavatçılara maddi yardım göstərir.Məlumatlarda 1930-cu ildə Azərbaycan hökumətinə daxil olan məlumatda Sultan bəyin Azərbaycanda olan qaçaqlara İran vasitəsilə kömək etdiyi qeyd edilir.Azərbaycan Təhlükəsizlik Nazirliyinə daxil olan məlumata görə, Cənubi Azərbaycanın Larıcan kəndində Sultan bəyin 250 nəfərlik silahlı dəstəsi sərhəddi keçməyə hazır imiş. Sovet hökuməti Sultan bəyin həbs olunması və ya İrandan çıxarılması üçün İran hökumətinə nota verir. Sultan bəy İrandan çıxarılır və Türkiyəyə qardaşı Xosrov bəyin yanına gedir. Bəzi məlumatlarda Xosrov bəylə M.Ə.Rəsulzadə arasında ixtilaf olduğu , Xosrov bəyin müsavatçılardan ayrıldığı və Milli Demokratik Cümhuriyyət Partiyası qurmaq istəyi öz əksini tapır ...
Allah Rəhmət Eləsin ...
Baba Allahnezerov













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.