Ərdoğanın oğlu Azərbaycanda deputat seçdirir? - NONSENS

7-01-2020, 09:46           
Ərdoğanın oğlu Azərbaycanda deputat seçdirir? - NONSENS
Ərdoğanın oğlu Azərbaycanda deputat seçdirir?
Növbədənkənar parlament seçkilərinin ölkədə baş verən bir sıra dəyişikliklər dönəminə təsəvvür etməsi bu seçkilərə marağı da artırıb.

Prosesə diqqət yetirərkən ictimai-siyasi elitanın təmsilçilərindən daha çox müstəqil şəxslərin də seçkiyə böyük həvəs göstərdiyi diqqəti çəkir. Belə şəxslərdən biri də 38-ci Nizami İkinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Müzadil Həsənovdur.

Gununsesi.org-un xəbərinə görə, təşviqat kampaniyasına start verilməsə də adıçəkilən şəxs artıq özünün təbliğatı ilə məşğuldur.

Belə ki, Gəncədə özünü Türkiyə hakimiyyətinin, xüsusilə, Prezident Ərdoğanın oğlu Bilal Ərdoğanla yaxınlığı haqqında rəy yaradan bu şəxs seçkinin qalibinin özü olacağını deyir. Ötən il Gədəbəydəki Yaylaq festifalının təşkilatçılarından olan Müzadil Həsənov Bilal Ərdoğanla olan birgə fotolarını da şəhərin aktiv insanları arasında yaydırır. Bununla seçkinin taleyinin artıq həll olunduğu görüntüsünü yaratmaqla şəhər elitasından dəstək qazanmağa çalışır.

Qeyd edək ki, onun bu dairədə əsas rəqibi isə YAP Gəncə şəhər təşkilatının rəhbəri Naqif Həmzəyevdir.

Naqif Həmzəyevin YAP-ın ən aktiv deputatlarından biri olması, onun bir çox həmkarlarından fərqli olaraq seçicilərlə birbaşa ünsiyyətini nəzərə alsaq hakimiyyətin bu yeri Müzadil Həsənova güzəştə gedəcəyi inandırıcı deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.