Əvvəl “badımcan” taksiləriləri gətirdilər - ziyanla işləyir, indi də vergi ödəyicilərinin pulu ilə “pomidor” taksiləri gətirdilər.....

13-08-2020, 14:29           
Əvvəl “badımcan” taksiləriləri gətirdilər - ziyanla işləyir, indi də vergi ödəyicilərinin pulu ilə “pomidor” taksiləri gətirdilər.....
Xatırlayın, dollar 78 qəpik olanda, yəni 2015-ci ilə qədər bizdə taksi xidməti çox baha idi, hava limanına şəhərdən 25-30 manata gedirdik (təqribən, 35-40 dollara), taksilər şəhər içindən, məsələn, Yasamaldan “8-ci km.-də” yerləşən Şadlıq Saraylarına toya ən aşağısı 15 manata (20 dollara) aparırdılar (ya geri gətirirdilər).
Teref.az xəbər verir ki, iqtasıdçı ekspert Natiq Cəfərli məqaləsini belə başlayır.Natiq Cəfərli yazır:
Sonra iki kəskin devalvasiya oldu, hər şeyin qiyməti qalxdı, inflyasiya sürətləndi, amma 2016-ci ildən sonra taksi xidməti orqanik olaraq liberallaşdı deyə, bu sahədə qiymətlər düşdü. Rəqabətli mühit, oyunçu sayının çoxluğu taksi xidmətinin keyfiyyətini artırdı, tarifləri isə ciddi aşağı saldı. Pandemiyadan öncə Hava Limanından şəhəin mərkəzinə ən son 8 manata (4,7 dollara) gəlmişəm, o gün dostlarla Biləcəridən əvvəl Yasamala, sonra Bayılın girəcəyinə, oradan da Əhmədliyə taksi sifariş verdik (3 nəfər idik), cəmi 11 manat (6,4 dollar) tutdu. Yəni, son 4 ildə taksi xidmətləri dollar ekvivalentində, azı 5-6 dəfə aşağı düşüb, çünki rəqabət var, liberal yanaşma var, bu sahədə inhisarçılıq yoxdur.

Bizim hökumət belə yaxşı işləri gözü götürmür axı, mütləq müdaxilə edib zibilini çıxartmalıdı. Əvvəl “badımcan” taksiləriləri gətirdilər - ziyanla işləyir, indi də vergi ödəyicilərinin pulu ilə “pomidor” taksiləri gətirdilər – bu da ziyanla işləyəcək.

Prezident 4-5 gün bundan öncə iqtisadiyyatda liberallaşmadan danışdı, indi də gedib taksi xidmətinə dövlət müdaxiləsinin böyüməsində iştirak edir - bu qədər də yox da, dövlətin bir planı-proqramı, “vizionu” olar.

Dövlət iqtisadiyyatda ən pis, ən zay menecerdir, dövlətin iqtisadi fəaliyyəti bizim kimi idarəetmə sistemlərində ancaq korrupsiyaya və büdcə pullarının səmərəsiz xərclənməsinə yol açır.
Əl çəkin də biznesin yaxasından, imkan verin nəfəs alsınlar, rəqabət yaransın. Nə isə...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.