Naxçıvan sərhədçilərinin paytaxta bağlanması prosesi bu gün başa çatacaq

5-12-2022, 09:05           
Naxçıvan sərhədçilərinin paytaxta bağlanması prosesi bu gün başa çatacaq
“Qara Pişiy”in məlumatına görə, bu gün Naxçıvandakı əlahiddə sərhəd diviziyasının paytaxta bağlanması prosesi tamamlanacaq.
Bildirilir ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin Naxçıvan bölməsinə yeni rəislər təyin olunacaq. Onlar artıq Naxçıvandadırlar və Prezidentin müvafiq Sərəncamını gözləyirlər.
Bəs Naxçıvandakı indiki sərhəd qoşunlarının komandanlığı nə olacaq?
Qara Pişiyin dediyinə görə, onlar da hərbi xidmətlərini davam etdirmək üçün işğaldan azad olunmuş rayonlara və ətraf bölgələrə göndəriləcəklər.
Bir sözlə, bu gündən Naxçıvan sərhədçiləri üçün “yan gəlib yatmaq” dövrü bitir.
Heydər Oğuz
Teref.az












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.